Kabildə siyasi liderlərin iştirak etdiyi mərasimə hücumda 23 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Kabildə siyasi liderlərin iştirak etdiyi mərasimə hücumda 23 nəfər ölüb - VİDEO - YENİLƏNİB Əfqanıstanda siyasətçilərin də iştirak etdiyi mərasimə silahlı hucum nəticəsində 23 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
Digər ölkələr
6 mart 2020 10:08
Kabildə siyasi liderlərin iştirak etdiyi mərasimə hücumda 23 nəfər ölüb - VİDEO - YENİLƏNİB
Abdulla Abdulla / google.az
0 : 00
0 : 00

Əfqanıstanda siyasətçilərin də iştirak etdiyi mərasimə silahlı hucum nəticəsində 23 nəfər ölüb, 33 nəfər isə yaralanıb. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna deyil. 

Bildirilir ki, hücumda Baş nazir Abdulla Abdulla zərər çəkməyib.


*** 11:46

Əfqanıstanın paytaxtı Kabildə keçirilən anma mərasiminə silahlı hücum olub.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, mərasimdə prezidentliyə keçmiş namizəd, Əfqanıstan İslam Respublikasının icra rəisi (baş nazir) Abdulla Abdulla daxil olmaqla bir sıra siyasətçilər iştirak edirmiş. 

Tədbir məşhur əfqanıstanlı siyasətçi Abdul Ali Mazari ölümünün ildönümünə həsr olunubmuş.

Məlumata görə, silahlı hücumu "Taliban" təşkil edib. 

***

Lakin təşkilatın sözçüsü Zabinullah Mücahid bu xəbəri təkzib edib.

Qeyd edək ki, Abdulla Abdulla Əfqanıstanda keçirilən son prezident seçkilərində 44% səslə Əşrəf Qaniyə məğlub olub.

Son xəbərlər

Orphus sistemi