Kabildə raket diplomatik rayonda tennis kortuna düşüb

Kabildə raket diplomatik rayonda tennis kortuna düşüb "Kabil prosesi" beynəlxalq konfransı başlayan Əfqanıstan paytaxtında partlayış baş verib
Digər ölkələr
6 İyun , 2017 12:13
Kabildə raket diplomatik rayonda tennis kortuna düşüb

Bakı. 6 iyun. REPORT.AZ/ 21 ölkədən nümayəndələrin iştirakı ilə işinə başlayan "Kabil prosesi" beynəlxalq konfransının keçirildiyi Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

"Report" "Tolo News" portalına istinadən xəbər verir ki, partlayışın diplomatik rayonun yerləşdiyi "yaşıl zona"da tennis kortuna raket düşməsi nəticəsində baş verdiyi müəyyənləşib.

İtkilər barədə məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi