Kabildə qadınlar yoxsulluğa qarşı aksiya keçiriblər

Kabildə qadınlar yoxsulluğa qarşı aksiya keçiriblər Əfqanıstanın paytaxtı Kabildə qadınlar ölkədəki iqtisadi problemləri fonunda əhali arasında yoxsulluğun artmasına etiraz aksiyası keçirib.
Digər ölkələr
16 Dekabr , 2021 11:22
Kabildə qadınlar yoxsulluğa qarşı aksiya keçiriblər

Əfqanıstanın paytaxtı Kabildə qadınlar ölkədəki iqtisadi problemləri fonunda əhali arasında yoxsulluğun artmasına etiraz aksiyası keçirib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, yayılan foto və videomateriallarda onlarla qadının iştirak etdiyi nümayişdə aksiyaçılar əllərində “Əfqanıstanı fəlakətdən xilas edin!”, “Çörək, iş, azadlıq, siyasətdə iştirak!” şüarları yazılan plakatlar tutublar.

Etirazçılara qarşı zorakılıq hallarının olması barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi