Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var Bakı. 28 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Digər ölkələr
28 Noyabr , 2018 23:21
Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

Bakı. 28 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, minalanmış avtomobilin partladılması zamanı 10 nəfər həlak olub.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Madjruh bildirib ki, hadisə zamanı daha 19 nəfər yaralanıb.

"On nəfər həlak olub, on doqquz nəfər xəsarət alıb. Minalanmış avtomobilin partladılması zamanı xəsarət alanlarla bağlı bu rəqəm son deyil", - deyə o bildirib.

Qeyd edək ki, hadisə Kabilin şərqində, təhlükəsizlik orqanları əməkdaşlarının hazırlığı mərkəzinin qarşısında baş verib. Minalanmış avtomobilin partladılmasından sonra ərazidə atəş səsləri eşidilib. "Tolo News" polis bölməsinin rəisi Bismillah Tabana istinadən bildirib ki, hücumun hədəfi Britaniyanın xüsusi mühafizə şirkəti G4S ola bilər.

Daha əvvəl partlayış zamanı 9 nəfərin yaralandığı, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi