Kabildə partlayış törədilib, ölənlər arasında uşaqlar və qadınlar da var - YENİLƏNİB-2

Kabildə partlayış törədilib, ölənlər arasında uşaqlar və qadınlar da var - YENİLƏNİB-2 Bakı. 11 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərinin kənarında törədilən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, daha 9 nəfər yaralanıb.
Digər ölkələr
11 Dekabr , 2018 16:42
Kabildə partlayış törədilib, ölənlər arasında uşaqlar və qadınlar da var - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərinin kənarında törədilən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, daha 9 nəfər yaralanıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölənlər arasında 2 qadın, 2 uşaq və 4 nəfər hərbçi var. Xəsarət alanların da 6-sı hərbçidir.

Hücumun məsuliyyətini radikal təmayüllü “Taliban” təşkilatı üzərinə götürüb.


***13:24

Əfqanıstanın paytaxtı Kabil şəhərinin kənarında törədilən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb.

“Report” “ToloNews”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş terrorçuların hədəfində hərbçiləri daşıyan avtomobil olduğunu diqqətə çatdırıb.


*** 11:28

Əfqanıstan Kəşfiyyat Xidmətinin 4 əməkdaşı Kabil yaxınlığında törədilən partlayış nəticəsində ölüb.

Bu barədə "Report" "Tolo News"a istinadən məlumat verir.

Daha 6 nəfərin yaralanması ilə nəticələnən hücum paytaxt Kabilin Paqman mahalında baş verib.

İlkin məlumatlara görə, hərbçilərin maşın karvanına çırpılan avtomobil partlayıb. Partlayıcı qurğu terrorçu kamikadzenin idarə etdiyi avtomobildə olub.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi