Bakı. 24 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin mərkəzində partlayış törədilib.
"Report" xəbər verir ki, bu barədə yerli "1 TV" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Çamanı Huzori rayonunda, Qazi stadionu yaxınlığında baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 9 nəfər yaralanıb.
Hadisənin təfərrüatları açıqlanmır.