Kabildə partlayış nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5

Kabildə partlayış nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5 Yaralıların sayı 163 nəfər təşkil edir
Digər ölkələr
27 Yanvar , 2018 18:44
Kabildə partlayış nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5

Bakı. 27 yanvar. REPORT.AZ/ Kabilin mərkəzində törədilən terror aktı nəticəsində 95 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların sayı 163 nəfər təşkil edir.


***17:00

Bakı. 27 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 63, yaralananların sayı isə 151 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkə polisi terrorla əlaqədar şübhəli bilinən 4 nəfəri həbs edib. 


*** 14:34

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 40 nəfər ölüb, 140 nəfər yaralanıb. 

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.


*** 14:09

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 17, yaralananları sayı isə 110 nəfərə çatıb.

"Report" "ToloNews"a istinadən xəbər verir ki, "Taliban" hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb. 


*** 13:40

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. 

"Report" "ToloNews"a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında qeydə alınıb. 

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb. 

Ölü və yaralı sayının artacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi