Kabildə terror aktı zamanı 6 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb - VİDEO - FOTO - YENİLƏNİB-3

Kabildə terror aktı zamanı 6 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb - VİDEO - FOTO - YENİLƏNİB-3 “Taliban” silahlılarının Əfqanıstanın paytaxtı Kabilə hücumu zamanı 6 nəfər həlak olub.
Digər ölkələr
1 İyul , 2019 21:51
Kabildə terror aktı zamanı 6 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb - VİDEO - FOTO  - YENİLƏNİB-3

“Taliban” silahlılarının Əfqanıstanın paytaxtı Kabilə hücumu zamanı 6 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilir ki, ölənlərdən ikisi polis əməkdaşları, dördü isə dinc sakinlərdir. DİN rəsmisi Nüsrət Rahimi bildirib ki, xəsarət alanların sayı 100-dən çoxdur. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rahimi əlavə edib ki, antiterror əməliyyatı zamanı silahlılar zərərsizləşdirilib. Partlayışın törədildiyi ərazidən 200-dən çox dinc sakin təxliyə edilib. 


***16:12

Kabildə baş verən partlayışda 105 nəfər, o cümlədən 26 uşaq və 5 qadın xəsarət alıb.

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Rəsmilərin məlumatına görə, partlayışdan sonra hücumu həyata keçirən iki silahlı qarşıda tikilən binaya daldalanaraq təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyə davam edib. Daha sonra ölkənin Daxili İşlər Nazirliyi nümayəndəsi hər iki yaraqlının məhv edildiyini açıqlayıb.


***11:45

Kabildə baş vermiş partlayış nəticəsində azı 34 nəfər ölüb, 68 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Sinhua" agentliyinə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, terror hücumunu həyata keçirən iki silahlı qonşu binada daldalanaraq təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə atışırlar.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


***10:39

Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumata görə, şahidlər partlayışdan sonra atışma səsləri də eşidiblər. Bildirilib ki, partlayış nəticəsində 68 nəfər xəsarət alıb.

Əfqanıstan Səhiyyə Nazirliyindən isə xəsarət alanların sayının 65 olduğu vurğulanıb.

Həmçinin qeyd olunur ki, Qazi stadionu yaxınlığında baş vermiş partlayışda yerli futbol federasiyasının 16 üzvü xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi