Kabildə otelə silahlı hücum nəticəsində 5 nəfər ölüb

Kabildə otelə silahlı hücum nəticəsində 5 nəfər ölüb Hələlik hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib
Digər ölkələr
14 May , 2015 05:09
Kabildə otelə silahlı hücum nəticəsində 5 nəfər ölüb

Bakı. 14 May. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların otelə hücum etməsi nəticəsində 5 əcnəbi həlak olub. 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən biri ABŞ,  iki nəfəri isə Hindistan vətəndaşıdır.  

Bildirilir ki, “Park Palace” otelindəki atışma bir neçə saat davam edib. Hücumda ən azı 3 silahlı şəxsin iştirak etdiyini qeyd edən yerli polis nümayəndələri, onların məhv edildiyini vurğulayıblar. İnsident zamanı 6 nəfər yaralanıb, 50-dən çox insan xilas edilib.

Hələlik hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi