Kabildə hotelə hücum edənlər məhv edilib

Kabildə hotelə hücum edənlər məhv edilib Hücumu aralarında terrorçu-kamikadzenin də olduğu üç nəfər həyata keçirib
Digər ölkələr
1 Avqust , 2016 10:18
Kabildə hotelə hücum edənlər məhv edilib

Bakı. 1 avqust. REPORT.AZ/ Əfqanıstan polisi Kabildə hotelə hücum edənlərin hamısının məhv edildiyini bəyan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, hücumu aralarında terrorçu-kamikadzenin də olduğu üç nəfər həyata keçirib.

Silahlı toqquşma nəticəsində bir polis ölüb, daha dörd hüquq-mühafizə orqanı əməkdaşı isə yaralanıb.

Qeyd edək ki, Kabildə daha əvvəl "Northgate" hoteli yaxınlığında partlayıcı qurğu yerləşdirilmiş yük maşını partladılmışdı. Hadisə zamanı mehmanxanada 11 əcnəbi vətəndaş, p xidmət personalı və 26 mühafizəçi olub. Onlar xəsarət almayıb. Hücuma görə məsuliyyəti "Taliban"çılar götürüb.

Son xəbərlər

Orphus sistemi