Kabildə nümayiş zamanı partlayış baş verib, 10 nəfər həlak olub

Kabildə nümayiş zamanı partlayış baş verib, 10 nəfər həlak olub Partlayış Dehmazanq rayonunda baş verib
Digər ölkələr
23 İyul , 2016 15:37
Kabildə nümayiş zamanı partlayış baş verib, 10 nəfər həlak olub

Bakı. 23 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində ən azı 10 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb. 

Qeyd olunur ki, partlayış Kabilin Dehmazanq rayonunda, insanların elektrik xəttlərinin tikintisi layihəsinə qarşı etiraz etmək üçün küçələrə çıxdığı zaman baş verib.

Yaralılar xəstəxanalara çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi