Kabildə NATO-nun hərbi karvanı yaxınlığında partlayış olub, 2 nəfər ölüb

Kabildə NATO-nun hərbi karvanı yaxınlığında partlayış olub, 2 nəfər ölüb Partlayış yerinin bilavasitə yaxınlığında ABŞ səfirliyi yerləşir
Digər ölkələr
3 May , 2017 08:11
Kabildə NATO-nun hərbi karvanı yaxınlığında partlayış olub, 2 nəfər ölüb

Bakı. 3 may. REPORT.AZ/ Çərşənbə günü Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb.

"Report" "TOLO News" telekanalına istinadən xəbər verir ki, terrorçu-kamikadze NATO-nun hərbi karvanının yaxınlığında özünü partladıb.

"Reuters"in məlumatına görə, partlayış yerinin bilavasitə yaxınlığında ABŞ səfirliyi və NATO-nun "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının qərargahı yerləşir.

Ölənlərin əcnəbi hərbçilər olub-olmaması ilə bağlı məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi