Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib

Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib Milli Təhlükəsizlik Direktoratlığının binasına yaxınlıqda tikilən binadan atəş açılıb
Digər ölkələr
18 Dekabr , 2017 11:07
Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib
EPA

Bakı. 18 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Kabildə yerləşən Əfqanıstan Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum ediblər.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Direktoratlığının binasına yaxınlıqda tikilən binadan atəş açıldığı bildirilir.

Hadisə yerində təhlükəsizlik qüvvələri gəlib, atışma davam edir.

Ölnə və yaralananlar barədə məlumat yoxdur.

"Khaama Press" agentliyi isə şəhərdə partlayış olduğunu və ardından atışma səsləri eşidildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi