Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində Müdafiə Nazirliyinin yaxınlığında baş verən iki partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Qeyd olunur ki, partlayışları iki terrorçu-kamikadze törədib. İkinci partlayış insanların birinci partlayış yerinə toplaşmasından sonra baş verib.
Partlayışa görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb.