Əfqanıstanda hökumət binasına hücum zamanı ölənlərin sayı 43 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3

Əfqanıstanda hökumət binasına hücum zamanı ölənlərin sayı 43 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3 Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə hökumət binasına silahlı hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
Digər ölkələr
25 Dekabr , 2018 08:39
Əfqanıstanda hökumət binasına hücum zamanı ölənlərin sayı 43 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3
0 : 00
0 : 00

Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə hökumət binasına silahlı hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Madjruha istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı daha 10 nəfər yaralanıb. Qeyd edək ki, ölənlər və yaralananların əksəriyyəti mülki vətəndaşlardır. Onlar arasında habelə polis əməkdaşları da var.

Daha əvvəl hücum zamanı 29 nəfərin həlak olduğu, 23 nəfərin yaralandığı bildirilirdi.


***02:41

Əfqanıstanın payxatı Kabildə hökumət binasına silahlı hücum nəticəsində ölən və yaralananların sayı artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Najib Daniş bildirib.

O, qeyd edib ki, əvvəlcə binanın qarşısındakı avtomobil partladılıb və bundan sonra silahlı şəxslər içəri hücum edib. Hücum zamanı 29 nəfər həlak olub, daha 23 nəfər yaralanıb.

Əraziyə cəlb edilən polis 357 nəfəri binadan təxliyyə edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində silahlılardan 3-ü öldürülüb. Cinayətkarların hücumu zamanı öldürülənlərdən isə biri polis əməkdaşı, digərləri mülki vətəndaşlardır. 

Nazirlik rəsmisi həmçinin bildirib ki, yaralanan 23 nəfər arasında da 3 polis əməkdaşı var.

Daha əvvəl Kabildə hökumət binasına hücum nəticəsində 27 nəfərin həlak olduğu bildirilirdi. 


***22:19

Bakı. 24 dekabr. REPORT.AZ/ Əfqanıstanda hökumət binasına silahlı hücum nəticəsində 27 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə paytaxt Kabildə baş verib. Ölənlərin əksəriyyəti mülki şəxslərdir.


***18:45

Əfqanıstanın paytaxtı Kabil şəhərində daha iki partlayış baş verib, atışma+ səsləri gəlir.

“Report” “ToloNews” telekanalına istinadən xəbər verir ki, hadisə ölkənin İctimai İşlər Nazirliyi binasının qarşısında qeydə alınıb.

Şahidlərin dediyinə görə, partlayış nəticəsində azı 5 nəfər ölüb.

Bundan əvvəl həmin Nazirliyin qarşısında bir avtomobilin partladıldığı, sonra da bir qrup naməlum şəxsin ətrafa atəş açaraq içəri daxil olduqları, nəticədə dörd nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi