Bakı. 21 oktyabr. REPORT.AZ/ Kabilin bir sıra ölkələrin diplomatik nümayəndəlikləri yerləşən Vəzir Əkbər Xan məhəlləsi raket atəşinə tutulub.
"Report" "Tolo News" nəşrinə istinadən xəbər verir ki, raketlərdən biri NATO-nun "Qətiyyətli dəstək" adlı missiyasının baş qərargahına düşüb.
İlkin məlumatlara görə, nəticədə zərər çəkən olmayıb.