Kabildə deputatlığa namizəd öldürülüb

Kabildə deputatlığa namizəd öldürülüb Əfqanıstanda parlament seçkiləri oktybarın 20-nə planlaşdırılıb
Digər ölkələr
3 Sentyabr , 2018 10:25
Kabildə deputatlığa namizəd öldürülüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Əfqanıstan parlamentinə deputat seçilməyə namizəd Ənvər Niyazi dünən gecə paytaxt Kabildəki terror hücumu nəticəsində öldürülüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Ə.Niyazinin getdiyi avtomobili maqnitli bomba ilə partladılıb. Siyasətçini müşayiət edən üç nəfərin yaralandığı bildirilir.

Hələlik ölkə daxilində fəaliyyət göstərən hökumət əleyhinə oaln qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri bu il oktybarın 20-nə planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi