Kabildəki partlayışlarda həlak olan ABŞ hərbçilərinin sayı 12-ə çatıb

Kabildəki partlayışlarda həlak olan ABŞ hərbçilərinin sayı 12-ə çatıb Əfqanıstanın paytaxtı Kabildə hava limanının yaxınlığında baş verən partlayışlar nəticəsində ABŞ-ın dörd dəniz piyadası həlak olub.
Digər ölkələr
294
26 Avqust , 2021 22:26
Kabildəki partlayışlarda həlak olan ABŞ hərbçilərinin sayı 12-ə çatıb

Kabildəki partlayışlarda həlak olan ABŞ hərbçilərinin sayı 12-ə çatıb.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl partlayışlar nəticəsində ABŞ-ın dörd dəniz piyadasının həlak olduğu deyilirdi.

21:27

Əfqanıstanın paytaxtı Kabildə hava limanının yaxınlığında baş verən partlayışlar nəticəsində ABŞ-ın dörd dəniz piyadası həlak olub.

"Report"un xəbərinə görə, bu barədə "The Wall Street Journal" ABŞ-ın Kabildəki diplomatik missiyasına istinadən məlumat yayıb.

Mənbə azı üç amerikalı əsgərin yaralandığını qeyd edir.

Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi