Yuxarı
    Bağlamaq

    Əfqanıstanın paytaxtı Kabildə ABŞ vətəndaşı oğurlanıb

    ​Kabildə ABŞ vətəndaşı oğurlanıb

    Bakı. 18 iyun. REPORT.AZ/ Naməlum silahlılar Əfqanıstanın paytaxı Kabil şəhərində ABŞ vətəndaşını oğurlayıblar.

    "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi "Khaama Press"ə istinadən xəbər verib.

    Təhlükəsizlik qüvvələrindəki mənbənin agentliyə verdiyi məlumata görə, hadisə Kart-e-Çar rayonunda, üçüncü polis bölməsinin ətrafında baş verib. Oğurlanan şəxsin Əfqanıstanın Kənd Təsərrüfatı, İrriqasiya və Heyvandarlıq Nazirliyi ilə Dünya Birliyinin layihəsi çərçivəsində əməkdaşlıq etdiyi bildirilir.

    Hadisənin digər təfərrüatları açıqlanmır. Hələlik Əfqanıstandakı heç bir ekstremist qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi