Kabildə hərbi hospitala hücum nəticəsində xeyli sayda ölən və yaralanan var - YENİLƏNİB-3

Kabildə hərbi hospitala hücum nəticəsində xeyli sayda ölən və yaralanan var - YENİLƏNİB-3 Əfqanıstan Daxili İşlər Nazirliyi 5 terrorçunun hamısının zərərsizləşdirildiyini açıqlayıb
Digər ölkələr
8 Mart , 2017 17:24
Kabildə hərbi hospitala hücum nəticəsində xeyli sayda ölən və yaralanan var - YENİLƏNİB-3

Bakı. 8 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücum nəticəsində 30-dan artıq insan ölüb, 50 çox adam yaralanıb.  

"Report" "RİA Novosti"yə istinadən xərir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi əməliyyatın başa çatdığını və 5 terrorçunun hamısının zərərsizləşdirildiyini açıqlayıb. 

Silahlılardan biri xəstəxananın əsas girişində özünü partladıb, digər 4-ü isə təhlükəsizlik qüvvələri tərəfindən xəstəxananın daxilində öldürülüb. 

*** 14:46

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, silahlıların hucumu nəticəsində ölənlərin sayı 4, xəsarət alanların sayı isə 66 nəfərə çatıb.

*** 11:06

Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücum nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. 

"Report" "Reuters"ə istinadən xərir ki, ölənlərdən biri xəstəxananın işçisi, digəri isə pasiyentdir. 

Məlumata görə, hərbi hospitala hücum edən silahlı şəxslər 5 nəfərdir və onlardan biri həkim xalatında olub. Silahlılardan biri xəstəxananın əsas girişində özünü partladıb. Digərləri isə binaya daxil olublar. 

Şahidlər üzərində həkim xalatı olan şəxsin "AK-47" tipli avtomatdan atəş açdığını və atəş səslərinin başqa yerlərdən də eşidildiyini söyləyiblər. 

Xəbərdə bildirilib ki, hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

*** 09:41

Əfqanıstanın paytaxtı Kabil şəhərində, ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib. 

"Report"  "Reuters"ə istinadən xərir ki, partlayış hərbi hospitalın yerləşdiyi binada baş verib, atəş səsləri eşidilir.

Hazırda tibb müəssisənin ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında yerləşdiyi dəqiqləşdirilir. 

Partlayışın təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi