Yuxarı

Kabildə 10 partlayış törədilib

Terrorçuların əsas hədəfi tanınmış siyasətçilərin qaldığı otellər olub

 Bakı. 27 May. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə ötən axşam ən azı 10 partlayış baş verib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, əsasən diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda törədilən bu partlayışların bir qismi kamikadzelər tərəfindən həyata keçirilib.

Terrorçuların əsas hədəfi isə tanınmış siyasətçilərin qaldığı otellər olub. Atışma bir saatdan çox davam edib.

İnsan tələfatı haqqında məlumat verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi