Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər həlak olub

Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər həlak olub Bazar ertəsindən Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.
Digər ölkələr
17 avqust 2021 17:37
Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər həlak olub
0 : 00
0 : 00

Bazar ertəsindən Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə "Taliban" radikal hərəkatının aeroportda olan komandirinə istinadən "Tolonews" telekanalı bildirib.

Hərəkat üzvünün məlumatına görə, insanlar "xarici qüvvələrin odlu silahı tətbiq etməsi" nəticəsində, həmçinin izdihama görə həlak olublar. O, əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkünlüyü ilə bağlı şayiələrə qulaq asmamağa çağırıb.

Aeroporta gəlmiş vətəndaşlar telekanala bildiriblər ki, onlar ölkəni tərk etməyə ümid edirlər.

Son xəbərlər

Orphus sistemi