Kabil aeroportu raket atəşinə məruz qalıb, bütün reyslər ləğv olunub

Kabil aeroportu raket atəşinə məruz qalıb, bütün reyslər ləğv olunub Hava limanı təxliyə edilib
Digər ölkələr
27 Sentyabr , 2017 11:36
Kabil aeroportu raket atəşinə məruz qalıb, bütün reyslər ləğv olunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Kabil Beynəlxalq Hava Limanı raket atəşinə məruz qalıb. Bu barədə "Report" "Tolonews"a istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hava limanına təxminən 10 raket atılıb.

Hava limanında olan şəxslər təxliyə edilib, bütün reyslər ləğv olunub.

Xatırladaq ki, bu gün Pentaqon rəhbəri Ceyms Mettis və NATO baş katibi Yens Stoltenberq Kabilə elan edilməmiş səfər ediblər.

Son xəbərlər

Orphus sistemi