Kürdlər İŞİD yaraqlılarını Kobanidən çıxarıblar

Kürdlər İŞİD yaraqlılarını Kobanidən çıxarıblar Təxminən 40 gün davam edən mühasirə zamanı 800-ə yaxın insan həlak olub
Digər ölkələr
28 Oktyabr , 2014 11:18
Kürdlər İŞİD yaraqlılarını Kobanidən çıxarıblar
Bakı. 28 oktyabr. REPORT.AZ/ "Peşmərgə" kürd özünümüdafiə gücləri İŞİD qruplaşmasının yaraqlılarını Suriya-Türkiyə sərhədindəki Kobani şəhərindən  çıxarıblar.  

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, yaraqlılar şəhərdən 6 km uzaqlaşıblar. Onların şəhərin şimal rayonlarındakı mövqelərin qoruması cəhdləri baş tutmayıb.

Kürdlər əks-hücuma keçiblər və ekstremistlərin şəhəri atəşə tutduqları Tell-əş-Şaer, Beşta-ən-Nur və El-İzaa strateji yüksəkliklərinə nəzarəti ələ keçiriblər. 

Təxminən 40 gün davam edən mühasirə zamanı 800-ə yaxın insan həlak olub.

Son xəbərlər

Orphus sistemi