​Jurnalistlərin Müdafiə Komitəsi BMT yanında məsləhətçi statusu alıb

​Jurnalistlərin Müdafiə Komitəsi BMT yanında məsləhətçi statusu alıb Bu qərar QHT-nin BMT-nin müxtəlif tədbirlərində iştirakına imkan verəcək
Digər ölkələr
26 İyul , 2016 04:04
​Jurnalistlərin Müdafiə Komitəsi BMT yanında məsləhətçi statusu alıb

Bakı. 26 iyul. REPORT.AZ/ Baş ofisi Nyu-Yorkda yerləşən "Jurnalistlərin Müdafiə Komitəsi" Qeyri-Hökumət Təşkilatı (CPJ) BMT yanında məsləhətçi statusu alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq qərar BMT-nin İqtisadi və Sosial Şurasının sessiyası zamanı qəbul olunub.

Bu qərar sözügedən QHT-nin BMT ofislərində keçirilən müxtəlif tədbirlərdə iştirakına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi