Jurnalisti öldürməkdə şübhəli bilinən Bolqarıstan vətəndaşı ölkəsinə ekstradisiya edilib

Jurnalisti öldürməkdə şübhəli bilinən Bolqarıstan vətəndaşı ölkəsinə ekstradisiya edilib Bakı. 18 oktyabr. REPORT.AZ/ Bolqarıstanlı jurnalist Viktoriya Marinovanı qətlə yetirməkdə şübhəli bilinən Severin Krasimirov Almaniya tərəfindən ekstradisiya edilib.
Digər ölkələr
18 Oktyabr , 2018 16:26
Jurnalisti öldürməkdə şübhəli bilinən Bolqarıstan vətəndaşı ölkəsinə ekstradisiya edilib
AFP
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bolqarıstanlı jurnalist Viktoriya Marinovanı qətlə yetirməkdə şübhəli bilinən Severin Krasimirov Almaniya tərəfindən ekstradisiya edilib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Ötən həftə Almaniyanın Ştad şəhərində həbs olunan bolqarıstanlı S.Krasimirov özünü təqsirkar bilməyib. Qeyd edək ki, qətl hadisəsindən az sonra eyni ittihamla həbs edilən bir Rumıniya vətəndaşı sonradan azad edilmişdi.

İttiham sübuta yetirilsə, S.Krasimirov vaxtından əvvəl buraxılmamaq şərtilə ömürlük həbs cəzasına məhkum edilə bilər.

Son xəbərlər

Orphus sistemi