Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Qəzzada humanitar fasiləyə ehtiyac olduğunu vurğulayıb.
“Report” xəbər verir ki, bu barədə o, “X”da yazıb.
“Ən son hərbi əməliyyatlar zamanı dindarlar, üç israilli girov və yüzlərlə digər mülki şəxs həlak olub. Bu dayandırılmalıdır - təcili humanitar fasilə lazımdır”,- J.Borel qeyd edib.
O vurğulayıb ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin də bildirdiyi kimi, Qəzzada həddən artıq çox dinc sakin öldürülüb. Borel köçkünlər üçün sığınacaq olan Müqəddəs Ailə kilsəsi və Xeyriyyə monastırı hücuma məruz qalmasına da diqqət çəkib.