Jeb Bush prezidentlik istəyini “ağzından qaçırıb”

Jeb Bush prezidentlik istəyini “ağzından qaçırıb” Mən 2016-cı il seçkisində namizəd olacağam və başlıca diqqətim davamlı iqtisadi artıma yönəldəcəm”
Digər ölkələr
14 May , 2015 06:56
Jeb Bush prezidentlik istəyini “ağzından qaçırıb”

Bakı. 14 May. REPORT.AZ/ Keçmiş ABŞ prezidentinin qardaşı, respublikaçı Jeb Bush “özü də istəmədən” 2016-cı il seçkisində namizəd olmaq niyyətini “ağzından qaçırıb”.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, keçmiş Florida ştatının qubernatoru Nevadada etdiyi çıxışında deyib: “Mən 2016-cı il seçkisində namizəd olacağam və əsas diqqətimi davamlı iqtisadi artıma yönəldəcəm”.

Sonradan vəziyyəti düzəltməyə çalışan Jeb Bush jurnalistlərə “yox, yox…mən rəsmi namizəd deyiləm, son üç ayda ölkəni gəzib qərara gəlmək istəyirəm” deyib.

O bildirib ki, əhali arasında malik olduğu dəstək potensialını müəyyən etmək istəyir.

Qeyd edək ki, J.Bush bu həftə Fox News-a müsahibəsində İraq müharibəsi barədə suala verdiyi cavaba görə bəzi respublikaçılar və demokratlar tərəfindən tənqid olunub.

“İraq məsələsində qardaşından fərqli addım atardınız mı?” sualının cavabında J.Bush deyib ki, ona da belə kəşfiyyat materialları versəydilər, eyni hərəkəti edərdi.

Beləliklə, o, İraq müharibəsinin yanlış kəşfiyyata əsaslandığı barədə iddiaları təsdiq etmiş olub.

Hələ Florida qubernatoru olduğu vaxtlarda Madridə səfər edən Bush “İspaniya Respublikasına səfərindən” razı qaldığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi