Jan Klod Yunker: Yunanıstanın borclarının restrukturizasiyası məsələsinə baxıla bilər

Jan Klod Yunker: Yunanıstanın borclarının restrukturizasiyası məsələsinə baxıla bilər "Bunun üçün Afina ilk növbədə kreditorlar qarşısında əsas öhdəliklərini bir daha təstiqləməlidir"
Digər ölkələr
8 İyul , 2015 07:23
Jan Klod Yunker: Yunanıstanın borclarının restrukturizasiyası məsələsinə baxıla bilər

Bakı. 8 iyul. REPORT.AZ/ Avrokomissiyanın sədri Jan Klod Yunker bildirib ki, Yunanıstanın xarici borclarının restrukturizasiyası məsələsinə oktyabrda baxıla bilər.

Onun sözlərinə görə, bunun üçün rəsmi Afina ilk növbədə Avropa Sabitləşdirmə Mexanizmi (ESM) çərçivəsində kreditorlar qarşısında əsas öhdəliklərini bir daha təstiqləyərək yerinə yetirməlidir.

Qeyd edək ki, rəsmi Afina ölkənin ümumi daxili məhsulunun (ÜDM) 175 faizi səviyyəsində olan xarici borcun (315 milyard avro) azı 30 faizinin silinməsini istəyir. Baş nazir Aleksis Tsipras, həmçinin, borcun qalan hissəsi ilə bağlı da ödənişlərin müddətinin uzadılmasından yanadır.

Son xəbərlər

Orphus sistemi