Yuxarı

​Jan-Klod Yunker: "Avropa İttifaqında vəziyyət yaxşı deyil"

Avropa İttifaqı Komissiyasının sədri: Bizim birliyimiz çatmır

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqında vəziyyət yaxşı deyil. Bizim birliyimiz çatmır. Bizə Avropa lazımdır. Bu vəzyyyəti dəyişməliyik".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan-Klod Yunker Avropa Parlamentinin illik sessiyasında çıxışında bildirib.

O qeyd edib ki, miqrasiya böhranına görə Şengen sisteminin məhv olmasına imkan verməyəcəklər. 

Komissiya sədrinin sözlərinə görə, başçılıq etdiyi qurum nəzarətsiz miqrasiya baxımından Aİ-yə təhlükəli dövlətlərin siyahısını hazırlayıb: "Adları siyahıda olan dövlətlər demokratik haqları pozarlarsa, o zaman onlar perspektivdə Avropa İttifaqına üzvlükdən məhrum olacaqlar".

2015-ci ilin əvvəlindən Avropa İttifaqına 340 mindən artıq qaçqını üz tutub. İkinci dünya müharibəsindən sonra ittifaqda qanunsuz miqrasiya ən ciddi problemə çevrilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi