Jan-Klod Yunker: "Aİ 2025-ci ilə qədər Avropa Müdafiə Birliyi yaratmalıdır"

Jan-Klod Yunker: "Aİ 2025-ci ilə qədər Avropa Müdafiə Birliyi yaratmalıdır" Avropa İttifaqı daha da genişlənəcəyini istisna etmir
Digər ölkələr
13 Sentyabr , 2017 14:27
Jan-Klod Yunker: Aİ 2025-ci ilə qədər Avropa Müdafiə Birliyi yaratmalıdır
EUobserver

Bakı. 13 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) 2025-ci ilə qədər Avropa Müdafiə Birliyi yaratmalıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

"Müdafiə sahəsində daha çox səy göstərmək lazımdır. Avropa Müdafiə Fondunun yaradılması gündəmimizdə dayanan məsələdir, müdafiə sahəsində Daimi Strukturlaşdırılmış Əməkdaşlığın (PESCO) qurulması üzərində iş gedir. Biz 2025-ci ilə qədər işlək Avropa Müdafiə Birliyi yaratmalıyıq. Bu, bizə lazımdır, NATO da bizim buna sahib olmağımızı istərdi", - Yunker vurğulayıb.

O həmçinin Avropa İttifaqının daha da genişlənmək imkanlarını istisna etmədiyini, lakin 2019-ci ilə qədər ittifaqa yeni ölkələrin qəbul edilməyəcəyinin dəqiq olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi