Jak Şirak dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB-1

Jak Şirak dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB-1 Fransanın keçmiş prezidenti Jak Şirakla vida mərasimi başa çatıb.
Digər ölkələr
30 Sentyabr , 2019 17:28
Jak Şirak dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB-1

Fransanın keçmiş prezidenti Jak Şirakla vida mərasimi başa çatıb. 

"Report"un Fransa bürosu xəbər verir ki, onun nəşi Parisin Monparnas qəbiristanlığında torpağa tapşırılıb.

J.Şirak 2016-cı ildə vəfat etmiş böyük qızı Laurensin yanında dəfn olunub.

Qeyd edək ki, sentyabrın 29-30-da Fransada Jak Şirakla vida mərasimləri təşkil olunub. Bazar günü minlərlə fransalı, ertəsi gün isə rəsmilər keçmiş prezidentlə vidalaşıb.

Azərbaycanı mərasimdə Maliyyə naziri Samir Şərifov təmsil edib.


*** 13:40

Video əlavə olunub


*** 12:37

Fransanın paytaxtı Parisdə ölkənin keçmiş prezidenti Jak Şirakla son vida mərasimi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron, Jak Şirakın ailə üzvləri iştirak edirlər. 

"İnvalidin San-Lui" kilsəsində keçirilən mərasimdə hərbi marş və Fransa himni səsləndirilib.

Mərasim başa çatdıqdan sonra Fransanın keçmiş prezidenti Jak Şirakın tabutu təntənəli surətdə "İnvalidin San-Lui" kilsəsindən San-Sülpis kilsəsinə aparılacaq. Yolboyu Fransa xalqı son dəfə keçmiş prezidentləri ilə vidalaşa biləcəklər.

Bundan başqa, Yelisey sarayında xarici dövlətlərin indiki və keçmiş rəhbərləri, hökumət başçılarının iştrakı ilə anım mərasimi keçiriləcək. 

Qeyd edək ki, J.Şirak Parisin Monparnas qəbiristanlığında dəfn ediləcək. Mərasim yalnız ailə üzvlərinin iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, bu gün Fransada matəm günü elan olunub.

Son xəbərlər

Orphus sistemi