İtaliyanın Rusiya təbii qazından asılılığı 40%-dən 25%-ə düşüb

İtaliyanın Rusiya təbii qazından asılılığı 40%-dən 25%-ə düşüb İtaliyanın Rusiya təbii qazından asılılığı 40%-dən 25%-dək azalıb.
Digər ölkələr
14 iyul 2022 05:55
İtaliyanın Rusiya təbii qazından asılılığı 40%-dən 25%-ə düşüb

İtaliyanın Rusiya təbii qazından asılılığı 40%-dən 25%-dək azalıb.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın XİN rəhbəri Luici Di Mayo bildirib.

“Cəmi bir neçə ay ərzində Rusiya qazından asılılığı 40%-dən 25-dək azalda bilmişik. Bu, yeni qurulan tərəfdaşlıq münasibətləri sayəsində mümkün olub”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqında (Aİ) Rusiyadan təbii qazın tədarükünün qəfil dayandırılması halı üçün fövqəladə iqtisadi tədbirlər üzərində iş aparıldığı açıqlanmışdı. Sənədin iyulun 20-si qəbul ediləcəyi gözlənilir.

Hazırda Rusiyanın Aİ ölkələrinə nəql etdiyi təbii qazın həcmi 2016-2021-ci illərin orta göstəricisinin 30%--i səviyyəsindədir.

Son xəbərlər

Orphus sistemi