İtaliyanın müdafiə naziri: “Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”

İtaliyanın müdafiə naziri: “Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər” “Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının silahlı tərəfdarlarının fəallaşdığı Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”.
Digər ölkələr
25 Dekabr , 2023 00:14
İtaliyanın müdafiə naziri: “Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”

“Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının silahlı tərəfdarlarının fəallaşdığı Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”.

“Report” xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bəyan edib.

“Mən həyəcan təbili çaldım və iki həftə əvvəl narahatlığımı bildirdim və təəssüf ki, bunlar düz çıxdı. Çünki gəmilər artıq Qırmızı dənizdən keçmir, ona görə də Afrikanı dolanmaq məcburiyyətində olduqları üçün xərclər artır. Ona görə də biz hərəkətə keçməliyik, çünki başqa bir iqtisadi böhrana dözə bilmərik ”, - deyə o qeyd edib.

Nazir İtaliyanın ABŞ-nin Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya qoşulmadığını bəyan edib:

“Çoxları bizim Amerika əməliyyatında iştirak etdiyimizi iddia edir. Yeni əməliyyatda iştirak etmək üçün parlamentin icazəsi lazımdır. Odur ki, çoxları yalan danışırlar”.

Son xəbərlər

Orphus sistemi