İtaliyanın baş naziri Mario Draqi hökumətin iclasında ABŞ prezidenti Cozef Baydenlə aparılmış danışıqların nəticələri barədə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, kabinet rəhbəri nazirlərə bildirib ki, səylər Rusiya və ABŞ arasında dialoqun təşkilinə yönəlib, danışıqlarda əsas rolu Ukrayna oynayır.
Draqinin qeyd etdiyi kimi, Bayden Rusiya prezidenti Vladimir Putinə zəng etməlidir: “Kontaktlar bütün səviyyələrdə yenidən başladılmalı və aktivləşdirilməlidir”.