İtaliyada yanğın baş verib, iki əsrlik tarixi körpü çöküb

İtaliyada yanğın baş verib, iki əsrlik tarixi körpü çöküb İtaliyanın paytaxtı Romanın cənubundakı Sənaye körpüsündə şiddətli yanğın baş verib.
Digər ölkələr
3 Oktyabr , 2021 12:01
İtaliyada yanğın baş verib, iki əsrlik tarixi körpü çöküb

İtaliyanın paytaxtı Romanın cənubundakı Sənaye körpüsündə şiddətli yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Yanğın nəticəsində tikilinin bir hissəsi çöküb.

Qəza səbəbindən Ostiense şəhərində bir çox ev işıq, su və qazsız qalıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, 1862-1863-cü illərdə inşa edilən "Dəmir körpü" Romanın cənubundakı Marconi və Ostiense bölgələrini birləşdirir.

Son xəbərlər

Orphus sistemi