İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB

İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB İtaliyanın İskiya adasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı üçə çatıb.
Digər ölkələr
28 Noyabr , 2022 02:20
İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB

İtaliyanın Neapol körfəzindəki İskiya adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə “Report” İtaliyanın ANSA xəbər agentliyinə istinadla xəbər verir

Ölənlər arasında üç həftəlik uşaq da var. İtkin düşən və hazırda axtarışları davam edən 5 nəfərdən üçü bir ailənin üzvüdür. Hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.

Qeyd edək ki, adaya yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Ən azı 10 bina dağılıb, 200-ə yaxın insanın təxliyə edilib.

Hökumət fövqəladə vəziyyət elan edib və tüğyan edən fəlakətin nəticələrini aradan qaldırmaq üçün iki milyon avro ayırıb.

2022-11-27 18:47

İtaliyanın İskiya adasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı üçə çatıb.

"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Xilasedicilər daha bir nəfərin meyitini tapıblar.

Bundan əvvəl xilasedicilər Casamicciola kəndində yaşayış binalarının altından 5-6 yaşlı qızın meyitini çıxarıblar.

Təbii fəlakət nəticəsində azı 9 nəfər itkin düşmüş hesab olunur və onların axtarışı davam etdirilir.

Noyabrın 26-da adaya yağan yağış sel və torpaq sürüşməsinə səbəb olub. Azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada gələn həftənin iki günü məktəbləri bağlamaq qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi