İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma 53 faiz artıb

İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma 53 faiz artıb İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma 53 faiz artıb.
Digər ölkələr
12 Avqust , 2022 04:34
İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma 53 faiz artıb

İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma 53 faiz artıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ali Səhiyyə İnstitutu (ISS) məlumat yayıb.

Qurumun yaydığı açıqlamaya görə, xəstəlik daşıyıcılarının sayı ötən həftə 94-dən 144-ə yüksəlib.

İndiyədək ölkə daxilində 10 nəfər bu visrusdan dünyasını dəyişib.

Qərbi Nil virusuna yoluxma hallarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiya ölkələrində rast gəlinir. Virus insanlara ağcaqanadlardan yoluxur.

Son xəbərlər

Orphus sistemi