İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 99 nəfər saxlanılıb

İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 99 nəfər saxlanılıb Saxlanılan şəxslərin ölkənin cənubunda fəaliyyət göstərən “Strişulo” klanı ilə əlaqələrinin olduğuna dair şübhələr var
Digər ölkələr
26 Aprel , 2021 11:23
İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 99 nəfər saxlanılıb

İtaliyanın hüquq-mühafizə orqanları ölkənin cənubundakı Bari şəhərində yerli mafiya ilə əlaqədə şübhəli bilinən 99 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İtaliyanın ANSA agentliyi yayıb.

Məlumata görə, saxlanılan şəxslərin ölkənin cənubunda fəaliyyət göstərən “Strişulo” klanı ilə əlaqələrinin olduğuna dair şübhələr var. Onlar mafiya qruplaşmasında iştirak, qəsbkarlıq və narkotiklərlə əlaqəli cinayətlərdə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi