İtaliyada koronavirusdan ölənlərin sayı 87 mini keçib

İtaliyada koronavirusdan ölənlərin sayı 87 mini keçib İtaliyada koronavirus infeksiyasına yeni 14 372 yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
29 Yanvar , 2021 06:17
İtaliyada koronavirusdan ölənlərin sayı 87 mini keçib

İtaliyada koronavirus infeksiyasına yeni 14 372 yoluxma faktı qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə “La Republicca” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 492 nəfər vəfat edib.

Bildirilib ki, ölkədə ümumilikdə 2 515 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 87 381-i vəfat edib.

Son xəbərlər

Orphus sistemi