İtaliyada da koronavirusun ən təhlükəli növü aşkarlandı

İtaliyada da koronavirusun ən təhlükəli növü aşkarlandı İtaliya həkimləri ölkədə koronavirusun ilk dəfə Britaniyada qeydə alınmış yeni ştammının aşkar olunması barədə bildiriblər.
Digər ölkələr
29 Dekabr , 2020 00:57
İtaliyada da koronavirusun ən təhlükəli növü aşkarlandı

İtaliya həkimləri ölkədə koronavirusun ilk dəfə Britaniyada qeydə alınmış yeni ştammının aşkar olunması barədə bildiriblər.

"Report" xəbər verir ki, bu barədə La Republica” bildirib.

Bundan başqa, mütəxəssislər vurğulayıblar ki, bu ştam artıq 2020-ci ilin avqustundan Apennində də mövcuddur.

"Avqustun ilk günlərindən etibarən İtaliyada koronavirusun “ingilis" növünə çox oxşayan variant yayılır", - İtaliyanın Virusoloqlar Assosiasiyasının rəhbəri Arnaldo Karuzo bildirib.

O, qeyd edib ki, alimlər ştammı pasiyenti müşahidənin gedişatında aşkar edib. Pasiyent COVID-19-a apreldə yoluxub.

Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanada da koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Fransa rəsmiləri də ölkədə koronavirusun yeni ştammının olduğunu istisna etməyiblər.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Son xəbərlər

Orphus sistemi