İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb

İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb.
Digər ölkələr
12 Yanvar , 2022 23:47
İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb

İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, koronavirusdan son sutkada 313 nəfər ölüb. Yeni yoluxma hallarının sayı təxminən 200 minə çatıb. Ölkədə virusa yoluxanların sayı 2,2 milyon nəfər təşkil edir.

Eyni zamanda, 17 mindən çox insan xəstəxanalarda müalicə alır. İtaliya Tibb Müəssisələri Federasiyasının məlumatına görə, həftə ərzində xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin ümumi sayı təxminən üçdə bir artıb.

Fevralın 1-dən COVID-19 sertifikatının istifadəsi üçün yeni qaydalar qüvvəyə minir. Xüsusilə, ərzaq mağazalarında və supermarketlərdə koronavirus testinin mənfi nəticəsi tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi