İtaliyada atışma olub, qoca və azyaşlılar öldürülüb - YENİLƏNİB

İtaliyada atışma olub, qoca və azyaşlılar öldürülüb - YENİLƏNİB İtaliyada atışma olub.
Digər ölkələr
13 İyun , 2021 17:10
İtaliyada atışma olub, qoca və azyaşlılar öldürülüb - YENİLƏNİB

İtaliyanın paytaxtı Roma şəhəri yaxınlığındakı Ardea şəhərində baş verən atışma zamanı bir yaşlı kişi və iki uşaq həlak olub.

Bu barədə “Report” ANSA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, silahlı şəxsin açdığı atəş nəticəsində 3 və 8 yaşlı iki uşaq ölüb.

Məlumata görə, hadisəni psixi problemləri olan 30 yaşlı kişi törədib. O, evində barrikada quraraq gizlənib. Cinayətkar saxlanılıb.

15:01

İtaliyada atışma olub.

“Report” xəbər verir ki, bu barədə RaiNews24” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Roma yaxınlığındakı Ardea şəhərində baş verib. Atışma zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri yaşlı kişi, ikisi uşaqdır.

Hadisəni törədən şəxs qaçaraq gizlənib. Ardeanın və qonşu Pomesiya və Ansio şəhərlərinin hüquq-mühafizə orqanları cinayətkarın axtarışına başlayıblar.

Son xəbərlər

Orphus sistemi