İtaliya XİN başçısı bu həftə Moskva və Kiyevə səfər edə bilər

İtaliya XİN başçısı bu həftə Moskva və Kiyevə səfər edə bilər İtaliyanın xarici işlər naziri Luici Di Mayo Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar bu həftə Moskva və Kiyevə səfər edə bilər
Digər ölkələr
14 fevral 2022 07:11
İtaliya XİN başçısı bu həftə Moskva və Kiyevə səfər edə bilər
Luici Di Mayo

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar bu həftə Moskva və Kiyevə səfər edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "La Stampa" qəzeti məlumat yayıb.

“Corriere della Sera” nəşrinin yazdığına görə isə, NATO müdafiə nazirlərinin fevralın 16-17-də keçiriləcək iclasında alyansın Şərqi Avropada mövcudluğunun gücləndirilməsi ilə bağlı qərar qəbul edilərsə, Bolqarıstana 2 minə qədər italyan hərbçisi gedə bilər.

Qeyd edək ki, bundan əvvəl İtaliya XİN bütün italiyalılara Ukraynanı tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib. Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız hesab etsə də, Rusiya Ukrayna ilə sərhəd bölgəyə qoşunları cəmləşdirməyə davam edir.

Son xəbərlər

Orphus sistemi