İtaliya parlamenti prezident seçkilərinə start verir

İtaliya parlamenti prezident seçkilərinə start verir Bu gün İtaliya parlamentinin hər iki palatasının birgə iclasında prezident seçkilərində səsvermənin ilk turu keçiriləcək.
Digər ölkələr
24 Yanvar , 2022 02:21
İtaliya parlamenti prezident seçkilərinə start verir

Bu gün İtaliya parlamentinin hər iki palatasının birgə iclasında prezident seçkilərində səsvermənin ilk turu keçiriləcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Prezident deputatların və senatorların, habelə qubernatorların və regionların nümayəndələrinin gizli səsverməsi ilə yeddi il müddətinə seçilir.

Ölkə təcrübəsinə əsasən seçicilər ərizəçinin adını yazır, formal olaraq heç kim prezidentliyə namizəd deyil.

Seçilmək üçün səsvermənin birinci üç turunda mütləq səs çoxluğunu (üçdə iki) almaq lazımdır, səsvermənin dördüncü turundan başlayaraq, mütləq əksəriyyətin (50%-dən çox) səsini qazanmaq kifayətdir.

Belə geniş dəstək alan prezidentin seçilməsi bir qayda olaraq müxtəlif siyasi partiyalar arasında razılaşmaların nəticəsidir.

Ölkədə seçkiöncəsi qeyri-müəyyənlik mövcuddur. Belə ki, hazırda aşkar namizədlər və potensial qalib sayılan iddialılar yoxdur.

Son xəbərlər

Orphus sistemi