İtaliya, Britaniya və Albaniya Baş nazirləri Avropanın miqrasiya problemini müzakirə ediblər

İtaliya, Britaniya və Albaniya Baş nazirləri Avropanın miqrasiya problemini müzakirə ediblər İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Albaniyanın Baş naziri Edi Rama paytaxt Romada üçtərəfli görüş keçirib.
Digər ölkələr
18 Dekabr , 2023 04:51
İtaliya, Britaniya və Albaniya Baş nazirləri Avropanın miqrasiya problemini müzakirə ediblər

İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Albaniyanın Baş naziri Edi Rama paytaxt Romada üçtərəfli görüş keçirib.

"Report" xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, görüşdə Baş nazirlər Avropada qanunsuz miqrasiya məsələsini müzakirə ediblər. Liderlər qitədə qeyri-qanuni miqrasiyanın daha strukturlaşdırılmış şəkildə həll edilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin insan alverçiləri ilə mübarizə sahəsində üç ölkə arasında əməkdaşlığın daha da intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, görüşdə Avropa İttifaqının genişlənmə prosesindəki son irəliləyişlərin əhəmiyyəti, eləcə də Qərbi Balkan regionunda mütləq sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi