İsveçrədən Monakoya uçan helikopter qəzasında rusiyalı biznesmen ölüb

İsveçrədən Monakoya uçan helikopter qəzasında rusiyalı biznesmen ölüb İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.
Digər ölkələr
28 Noyabr , 2022 11:06
İsveçrədən Monakoya uçan helikopter qəzasında rusiyalı biznesmen ölüb

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölənlərdən biri “Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

Helikopterin məxsus olduğu şirkət “Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

Xatırladaq ki, V.Taran Rusiyanın “Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – “Forex Club”ı təsis edib. Şirkətlər qrupuna maliyyə və təhsil şirkətləri daxildir. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb.

Son xəbərlər

Orphus sistemi