İsveçrədə təyyarə qəzasında iki ölkənin vətəndaşları həlak olub  

İsveçrədə təyyarə qəzasında iki ölkənin vətəndaşları həlak olub   İsveçrənin Vale kantonunda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
1243
25 İyul , 2020 22:25
İsveçrədə təyyarə qəzasında iki ölkənin vətəndaşları həlak olub   

İsveçrənin Vale kantonunda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı dörd nəfər həlak olub.

Qeyd edilir ki, polis günorta "Qleçerşpits" zirvəsi ərazisində təyyarə qəzası haqqında xəbər alıb. Hadisə yerinə gəlmiş xilasedicilər və yanğınsöndürənlər təyyarədəkilərin hamısının ölümünü təsdiq edib.

"Ölənlər 66, 50 yaşlı iki isveçrəli və iki 50, 46 yaşlı avstriyalılardır", - polisin xəbərində bildirilir.

Polis hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi