İsveçrə Yanukoviç və oğluna qarşı sanksiyalar tətbiq edib

İsveçrə Yanukoviç və oğluna qarşı sanksiyalar tətbiq edib İsveçrə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrı sanksiya siyahısına daxil edib.
Digər ölkələr
18 Avqust , 2022 01:43
İsveçrə Yanukoviç və oğluna qarşı sanksiyalar tətbiq edib

İsveçrə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrı sanksiya siyahısına daxil edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat üzrə Dövlət Katibliyinin dərc etdiyi məlumatda yer alıb.

Qeyd olunub ki, eks-prezident və oğlu Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini, habelə bu dövlətin sabitliyini və təhlükəsizliyini təhdid edən hərəkət və ya siyasətin dəstəklənməsinə görə məsuliyyət daşıyırlar.

Sanksiyalar İsveçrəyə girişin qadağan edilməsini, həmçinin, əgər varsa, ölkədəki aktivlərin bloklanmasını əhatə edir.

Yanukoviç və oğluna qarşı oxşar tədbirləri Avropa İttifaqı avqustun 4-də tətbiq edib.

Son xəbərlər

Orphus sistemi