İsveçrə silahların təkrar ixracına icazə verən qanunu təsdiqləyib

İsveçrə silahların təkrar ixracına icazə verən qanunu təsdiqləyib İsveçrənin Kantonlar Şurası (parlamentin yuxarı palatası) hərbi münaqişələrin olduğu ölkələrə silahların təkrar ixracına icazə verən qanuna düzəlişi təsdiqləyib.
Digər ölkələr
8 İyun , 2023 02:45
İsveçrə silahların təkrar ixracına icazə verən qanunu təsdiqləyib

İsveçrənin Kantonlar Şurası (parlamentin yuxarı palatası) hərbi münaqişələrin olduğu ölkələrə silahların təkrar ixracına icazə verən qanuna düzəlişi təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə İsveçrə parlamentinin yuxarı palatasının saytında yerləşdirilən məlumatda deyilir.

Sənədə əsasən İsveçrənin hərbi texnikasını alan ölkələrə müəyyən şərtlər daxilində onu silahlı münaqişələrdə iştirak edən ölkələrə təkrar ixrac etməyə icazə verilməlidir.

Xatırladaq ki, iyunun 2-də İsveçrə parlamentinin aşağı palatası müvafiq düzəlişi qəbul etməkdən imtina etmişdi. İndi o, məsələyə yenidən baxmalıdır.

Son xəbərlər

Orphus sistemi